Yuxarı

ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir

Avropa liderlərinin martın 2-də Londonda baş tutacaq görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna ilə Rusiya arasında sülh danışıqları ilə bağlı təklifini təsdiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinə türkiyəli diplomat bildirib.

Agentlik xatırladıb ki, Türkiyə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında ilk danışıqlara ev sahibliyi edib. Ankara taxıl yüklərinin Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da kömək edib.

Mənbə qeyd edib ki, Fidan bu gün Avropa liderlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq səyləri barədə məlumat verəcək, həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiq edəcək.

Mənbənin sözlərinə görə, Fidan Türkiyənin gələcək danışıqlarda mühüm rol almağa hazır olduğunu vurğulayacaq. O, həmçinin bəyan edəcək ki, danışıqlar zamanı bütün tərəflər birgə əsas diqqəti güclü regional təhlükəsizlik və sabitliyə, o cümlədən iqtisadi rifaha yönəltməlidir.

Tarix
2025.03.02 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla