Yuxarı

Rusiya və ABŞ birgə hərəkət edir: BMT TŞ-nin təcili iclası…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və ABŞ birgə hərəkət edir: BMT TŞ-nin təcili iclası…

00:39

Rusiya və ABŞ Suriyanın qərbində dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı BMT Təhlükəsizlik Şurasından təcili qapalı məsləhətləşmələr tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında məlumat yayıb.

“Biz gözləyirik ki, Danimarkanın sədrlik etdiyi Şuranın iclası martın 10-da Nyu York vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 17:00) təyin ediləcək", - Polyanski bildirib.

Qeyd edək ki, martın 6-da devrilmiş prezident Bəşər Əsədin tərəfdarları olduğu bildirilən silahlı qrup Suriya təhlükəsizlik qüvvələrinə Latakiyada hücum edib. Bundan sonra əraziyə Suriya ordusu yeridilib və sahilyanı bölgədə komendant saatı tətbiq olunub. Suriya ordu qüvvələrinin üsyançılara qarşı ağır silahlardan istifadə etdiyi, yerli əhaliyə də acımadığı iddia edilir. Suriyanın yeni hakimiyyətinə qarşı olan bəzi ölkələr isə bunu ələvi, xristian və etnik azlıqlara qarşı “soyqırım” kimi qiymətləndirməyə çalışır.

Tarix
2025.03.10 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla