Yuxarı

Polislər “səhv evə” basqın edib, alim ər-arvadı döydülər - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polislər “səhv evə” basqın edib, alim ər-arvadı döydülər - Foto

Almaniyanın xüsusi təyinatlı polis dəstələri gecə reydi zamanı ünvanı səhv salaraq, Bielefeld Universitetində çalışan beyin mütəxəssisi doktor Amir Nəcəfabadi və həyat yoldaşı doktor Hadis İmaninin evinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com “Avropa Azərbaycanlıları” səhifəsinə istinadla məlumat yayıb.

Basqın zamanı polislər yataq otağının şüşədən olan qapısını qıraraq ev sahiblərini yuxudan oyadıb və heç bir xəbərdarlıq etmədən onları döyüblər. İran əsilli alimə dəfələrlə yumruq vurulub, həyat yoldaşı isə silahla hədələnib.

Hər iki alim qandallanaraq yerə yıxılıb, lakin polislər bir müddət keçdikdən sonra səhv etdiklərini anlayıblar. Səhvlərini başa düşən əməkdaşlardan biri doktorun ağzını açaraq dişinin qırılıb-qırılmadığını yoxlayıb, üzünü salfetlə silib və sadəcə “bağışlayın” deyərək çıxıb gedib.

Bu faciəvi hadisədən sonra həkim normal yemək yeyə bilmədiyini, həyat yoldaşı ilə birlikdə yalnız işıq yanan halda yata bildiklərini deyib.

Almaniyada yüksək məbləğdə təzminat sistemi olmadığından zərərçəkənlərə ciddi bir kompensasiya da verilməyəcəyi ehtimal olunur.

Daha dəhşətlisi isə hadisədən sonra “Bild” qəzetinin xəbərinə yazılan şərhlər olub. Məlumata görə, bir çox istifadəçi səhvən hücuma məruz qalan alimin alman olmadığını əsas gətirərək, hadisəyə lağ edib, hətta polislərin “düzgün adamı döydüyünü” yazanlar da olub.

Qeyd edək ki, Almaniyanın xüsusi təyinatlı polis dəstələri son beş il ərzində yalnız Şimali Reyn-Vestfaliya əyalətində 17 dəfə səhvən başqa evlərə basqın ediblər.

Tarix
2025.03.11 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla