Yuxarı

Putin hərbi forma geyindi: media isə işi “korladı” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hərbi forma geyindi: media isə işi “korladı” - Video

Putin Kursk vilayətinə səfər edərkən hərbi forma geyinmək istəmirdi, amma bunu Trampa təsir etmək üçün etdi.

Axar.az xəbər verir ki, bunu “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbələrə istinadla yazıb.

“Vladimir Vladimiroviç özünü kostyumda daha rahat hiss edir. Üstəlik, onun tezliklə Trampla danışıqları var, Amerika prezidenti isə, məlum olduğu kimi, kostyumları sevir. Lakin bir sıra məsləhətçilər prezidentə Kursk vilayətinə səfər üçün hərbi forma geyinməyi tövsiyə etdilər”, - kanal qeyd edib.

Başqa bir mənbənin sözlərinə görə, Putinə bildirilib ki, hərbi forma danışıqlar öncəsi güclü arqument olacaq.

“Mən amerikalının yerində olsaydım, Vladimir Vladimiroviçi hərbi formada görüb Kiyevə hərbi yardımı dayandırmaq barədə bir daha düşünərdim”, - deyə prezidentin məsləhətçilərindən biri deyib.

Kanalın iddiasına görə, Kurskdan çəkilən videoların keyfiyyəti işləri korlamasaydı, Putinin görünüşü daha effektli olardı:

“Ümumiyyətlə, görüntü effektli alındı. Amma Kursk vilayətindən yayımlanan ilk videoların keyfiyyəti Vladimir Vladimiroviçin bəzi silahdaşlarının xoşuna gəlmədi. Hətta bəzi jurnalistləri işlərini pis yerinə yetirdiklərinə görə cəzalandırmağı təklif etdilər. Lakin prezident onları “bağışlamağa” qərar verdi və Dmitri Peskovu dərhal şəkil və səsin niyə çox keyfiyyətli olmadığını izah etmək üçün göndərdi”.

Tarix
2025.03.13 / 14:46
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla