Yuxarı

HƏMAS təsdiqlədi: Baş nazirlə birgə onlar da öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS təsdiqlədi: Baş nazirlə birgə onlar da öldü

12:08

HƏMAS “hökumətinin” “baş naziri” İssam əd-Dəllis İsrail aviasiyasının Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri onun olduğu evə düşüb.

Qeyd edək ki, martın 18-də İsrail aviasiyasının Qəzzaya zərbələri nəticəsində 310 nəfər ölüb.

***

HƏMAS Qəzza hökumətinin baş nazirinin və hərəkatın digər dörd tanınmış üzvünün İsrailin ötən gecə anklava endirdiyi endirdiyi hava zərbələri nəticəsində öldüyünü təsdiqləyib.

Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin anklava endirdiyi zərbələr nəticəsində Qəzzanın baş naziri İssam əd-Dəllis, hərəkatın siyasi bürosunun üzvü Yasir Harb, hərəkatın daxili təhlükəsizlik xidmətinin rəhbəri Bəhcət Əbu Sultan, Qəzzadakı HƏMAS hökumətində daxili işlər nazirinin müavini olan Mahmud Əbu Vətfa və Qəzza zolağı üzrə ədliyyə nazirinin müavini Əhməd əl-Hətta öldürülüb”, - məlumatda bildirilib.

Tarix
2025.03.18 / 16:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla