Yuxarı

Özəl və Yavaşdan İmamoğlunun saxlanılmasına reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özəl və Yavaşdan İmamoğlunun saxlanılmasına reaksiya

Xalqın əvəzinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir. Hazırda xalqın növbəti prezidenti təyin etməsinə mane olacaq qüvvə var.

Axar.az xəbər verir ki, bunu CHP sədri Özgür Özəl İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirərkən deyib.

“Biz növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik. Millətimiz öz dövlətini sevir, amma kimlərsə tərəfindən dövlət xalqın qarşısına çıxsa, xalq buna imkan verməz. Əsl güc xalqdır və sonda yenə də xalq qazanar. Sonda yenə millətin dediyi olacaq və Türkiyə qalib gələcək”, - partiya sədri bildirib.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-ci Mənsur Yavaş da partiya yoldaşı Ə.İmamoğlunun saxlanılmasına kəskin etiraz edib:

“Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər qəbuledilməzdir. Dünən diplomun ləğvi (İstanbul Universiteti İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv edib – red.), bu gün səhər saatlarında da İmamoğlunun evinin qarşısına toplaşan polis və onların komandasına qarşı həbs prosedurları... Bu mənzərə hüquqi dövlətə yaraşmaz. Saxlanma səbəbi bilinməsə də, daha əvvəl məhkəməyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün saxlanılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsansa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisən. Bilinməlidir ki, millətin iradəsinə zidd heç bir müdaxilə cavabsız qalmır. Qeyri-qanuni üsullarla, təzyiq və təhdidlərlə həyata keçirilən bu təcrübələrdən ən böyük zərəri demokratiyamız görəcək. Amma biz susmayacağıq! Heç kim unutmasın: Əkrəm tək deyil!”

Tarix
2025.03.19 / 10:48
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla