Axar.az
Yuxarı

Axar.Az Logo

Obamanın gizli Suriya planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalı kürdlərə, mərkəzi sünni müsəlmanlara, Latakiya bölgəsi isə Bəşər Əsəd qanadı olan ələvi ərəblərə veriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Suriyada İŞİD-ə qarşı əməliyyatlara qatılan ABŞ əsgərlərinin formalarına YPG (PKK-nın Suriya qanadı PYD-nin silahlı qolu – red.) nişanları taxmasını şərh edərkən Yaxın Şərq üzrə mütəxəssis Əli Semin deyib.

Türkiyəli analitikin sözlərinə görə, ABŞ regiondakı gücünü itirməmək üçün YPG-yə dəstək verir:

"Türkiyənin ABŞ-ın diplomatik müttəfiqi olmasına baxmayaraq, rəsmi Ankara əleyhinə bəzi həmlələr etməsi çoxlarını düşündürür. Bu, ABŞ-ın illərdir davam edən siyasətidir. Yəni regiondakı dövlətlərdən kim ABŞ-a xidmət edirsə, ona dəstək verirlər. YPG İŞİD-ə qarşı mübarizə apardığı üçün ABŞ tərəfindən dəstəklənir. Obama prezident postunu tərk etmədən öncə Rakkanı (hazırda İŞİD-in nəzarətindədir – red.) YPG-yə verib, Rusiyaya qarşı bölgədəki gücünü qorumaq istəyir. Nəticədə, qarşıdakı aylarda keçid Suriya hökumətinin, iki ilə qədər isə Federativ Suriya Respublikasının qurulması gündəmdə olacaq. Suriyanın şimalı kürdlərə, mərkəzi sünni müsəlmanlara, Latakiya bölgəsi isə Əsədin qanadı olan ələvi ərəblərə veriləcək".

Qeyd edək ki, Suriyanın Rakka şəhərində İŞİD-ə qarşı əməliyyatlara qatılan ABŞ əsgərlərinin formalarında YPG-nin nişanlarını daşıyan şəkilləri sosial şəbəkələrdə yayılıb. ABŞ rəsmiləri əsgərlərin bu hərəkətinin qəbuledilməz olduğunu və tezliklə səhvin düzəldiləcəyini açıqlayıblar.

Tarix
2016.05.28 / 11:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İsrail Qəzzada yerüstü əməliyyata başladı

Fələstində ölənlərin sayı 109-a çatdı

ABŞ və İsrail rəsmiləri Pentaqonda: Qəzzadan hücum...

Atəşkəsin ilk günündə 4 partlayış: 11 ölü, 17 yaralı

Zərif: Səudiyyə ilə yaxınlaşmağa hazırıq

Türkiyə-İran sərhədində atışma: Türk polis şəhid oldu

"Anadolu"nun müxbiri Qəzzada yaralandı

Livandan İsrailə raket atıldı

Bu ölkə də "Bayraqdar"dan istifadəyə hazırlaşır

Ağ Evdən İsrail-Fələstin konflikti ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla