Yuxarı

Putin həyatını dəyişən filmdən danışdı: Öz işini gördü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin həyatını dəyişən filmdən danışdı: Öz işini gördü

Rusiya Prezidenti Vladimir Putin onu kəşfiyyat orqanlarında işləməyə nəyin vadar etdiyindən danışıb.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, Putin hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyini etiraf edib.

Rusiya prezidenti bunun “Qalxan və qılınc” filmi sayəsində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gəncliyində bu, Marsa uçuş kimi əlçatmaz görünürdü. Putin həm də dənizçi, pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb:

“Ancaq sonra “Qalxan və qılınc” kimi kitablar və filmlər öz işini gördü”.

Prezident qeyd edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.

1975-ci ildə Vladimir Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub.

Qeyd edək ki, “Qalxan və qılınc” filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib.

Tarix
2025.03.23 / 15:11
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla