Yuxarı

Rusiya-ABŞ danışıqları: 13 saata yaxın davam etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:50

Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir.

***

Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən görüşdə ikinci hissə başlayıb.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlar artıq 6 saatdan çoxdur davam edir.

Qeyd edək ki, danışıqlar aparan nümayəndələr iki dəfə fasiləyə çıxıblar. İlk fasilə Moskva vaxtı ilə saat 13:00 radələrində elan edilib. Saat yarımdan sonra nümayəndə heyətləri görüşlərini davam etdiriblər.

İkinci qısa fasilə təxminən saat 16:00-da olub.

***

Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar artıq 9 saatdan çoxdur ki davam edir.

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir. Amerika nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun köməkçiləri və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts daxildir.

***

Rusiya və ABŞ nümayəndələrinin görüşü başa çatıb. Məsləhətləşmələr 12 saatdan çox davam edib.

Bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.

Danışıqların təfərrüatı barədə məlumat verilməyib.

Tarix
2025.03.24 / 23:49
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Mehriban Əliyeva Anım Günü ilə bağlı bu sözləri yazdı

İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi

Azərbaycanda Anım Günüdür

Hərbi xidmətə gedəcək şəxslərin diqqətinə!

Araik Arutyunyanın yeni görüntüsü - Foto

Adnan Əhmədzadə dözümlülük göstərir, istintaqa... - Vəkil

Türkiyədən Mirzoyana 73 milyonluq hədiyyə

Erməniləri qorxuya salan texnika: "Nora" ordumuz üçün gəlir

Adnanın bütün əmlakı Yusif Məmmədovun adına keçir

Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla