Yuxarı

Rusiyanın bu ərazisinə heç kim nəzarət etmir - Hərbi ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu ərazisinə heç kim nəzarət etmir - Hərbi ekspert

Təxminən 13 kvadrat kilometr Belqorod vilayəti "boz zona" hesab olunur, yəni heç bir tərəfin tam nəzarəti altında deyil.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak Radio NV-yə açıqlamasında deyib.

"Biz əslində bilirik ki, Ukraynanın kiçik miqyaslı hücum əməliyyatı davam edir. Bu əməliyyatın yeganə izahı, məncə, Rusiya Baş Qərargahının diqqətini Kursk istiqamətindən yayındırmaqdır. Çünki onlar orada bizim Silahlı Qüvvələrimizi sıxışdırırlar, Sum vilayətində irəliləyişləri var. Təxminən 6 kilometr dərinliyə daxil olublar. Təcili şəkildə diqqəti başqa istiqamətə yönəltmək lazım idi. Bu əməliyyat məhz buna həsr olunmuşdu. Hələ ki, məqsədinə çatır. Rusiya bu əməliyyatdan ciddi şəkildə şikayətlənir", - Stupak bildirib.

O, həmçinin rus hərbi blogerlərinin açıqlamalarına istinad edərək, Belqorod vilayətinin landşaftının Ukraynanın xeyrinə olduğunu vurğulayıb:

"Orada müxtəlif aerasiya kanalları, su hövzələri var. Əgər ukraynalılar keçsələr, onları ordan çıxarmaq Kursk vilayətinə nisbətən daha çətin olacaq. Üstəlik, Belqorod vilayətində qaz kəmərləri yoxdur. Yəni boru ilə edilən o fəndi burada təkrarlamaq mümkün deyil. Baxmayaraq ki, bu məsələ çox mübahisəlidir və ziddiyyətlidir: bu, ruslar üçün uğurlu əməliyyat idi, yoxsa tam uğursuzluq - demək çətindir".

Tarix
2025.03.26 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla