Yuxarı

CHP 500 minlik meydana 2,2 milyon adamı necə sığdırıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
CHP 500 minlik meydana 2,2 milyon adamı necə sığdırıb?

CHP 2018-ci ildəki prezident seçkilərində Məhərrəm İncənin İstanbulun Maltəpə meydanında keçirdiyi mitinqə 5 milyon insanın qatıldığını bəyan edərək, bunu tarixin ən böyük mitinqi adlandırmışdı. Görünür, CHP başqanı Özgür Özəl partiyasının 7 il əvvəlki açıqlamasını unudub ki, bu gün Maltəpədə keçirilən mitinqə 2,2 milyon insanın qatıldığını bildirərək, yenə də bunu tarixin ən böyük mitinqi elan edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, hazırda Türkiyədə yaşayan Ruslan Bəşirli CHP-nin bugünlü aksiyasında 2,2 milyon insanın iştirak etməsi barədə səslənən iddialara münasibətində bildirib.

O qeyd edib ki, Maltəpə meydanı, təqribi hesablamalara görə, 525 min nəfər adam tutur:

“Hələ yayılan fotolarda meydanın bəzi hissələrində seyrəklik də görünür. İstanbulun mitinqlər üçün nəzərdə tutulmuş ən böyük meydanı Yeniqapıdır. Bura ortalama 1.5 milyon, maksimum isə 2,5 milyon tutuma sahibdir. 2014-cü ildə Prezident Ərdoğan 2 milyon nəfərin iştirakı ilə bu meydanda mitinq keçirib və statistikaya görə, bu, Türkiyə siyasi tarixinin ən böyük mitinqlərindən sayılır. 2023-cü ildə isə Ərdoğanın bu meydanda rəsmi rəqəmlərə görə, 1,8 milyon insanın iştirakı ilə mitinqi olub”.

Onun sözlərinə görə, Türkiyədə mitinqlərə qatılanların sayı manipulyasiyaya zərrə qədər də yer qoymadan, dəqiq rəqəmlərlə bilinir:

“Çünki Türkiyədə mitinqə qatılanların hamısı mütləq və mütləq polis nəzarətindən keçərək meydana daxil olurlar. Burada polis nəzarətindən keçən hər adamı sayan xüsusi cihazlar mitinqçilərin sayını dəqiq müəyyən edir”.

R.Bəşirli Türkiyənin tarixi ənənələri olan bir dövlət olduğunu da vurğulayıb:

“Türkiyədə hakimiyyət mitinq meydanlarında dəyişməz. Mövcud iqtidar nə edirsə etsin, bəyənməyənlər kimi, xeyli sayda bəyənən, təqdir edən insanlar da var. Və son proseslər konteksində Ərdoğanın ənənəvi elektoratının yenə onun ətrafında birləşdiyini görürəm. Təbii, bunda Özgür bəyin də danılmaz “rolu” var!”

Tarix
2025.03.29 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla