Yuxarı

Krım körpüsü ilə bağlı gizli plan: Rusiya məhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım körpüsü ilə bağlı gizli plan: Rusiya məhv etdi

ABŞ, Böyük Britaniya və Kiyev 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün gizli şəkildə əməliyyat hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Bildirilib ki, Krım körpüsü Krım yarımadasındakı hərbi infrastrukturu məhv etməyi nəzərdə tutan və "Lunar Hail" ("Bədirlənmiş Ay") adlandırılan əməliyyatın əsas hədəflərindən biri olub. Plana əsasən, körpüyə eyni vaxtda ATACMS raketləri və suüstü pilotsuz aparatlarla zərbə endirilməsi nəzərdə tutulurdu.

Hücum hazırlığı zamanı Rusiya körpünün dayaqlarının müdafiəsini gücləndirib. Qəzet yazır ki, bu vəziyyətdə Kiyev hakimiyyəti yalnız raketlərlə hücum etməyə təkid edib. Lakin ABŞ rəsmiləri bu taktikanın səmərəsiz olduğunu bildirərək ya gözləməyi, ya da hücumu tamamilə ləğv etməyi tələb ediblər. Avqusta qədər ABŞ bu məsələdə geri çəkilib və körpüyə bir neçə raket buraxılıb, lakin heç biri hədəfə çatmayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü il avqustun 16-na keçən gecə Hava Hücumundan Müdafiə Qüvvələri Krım körpüsünə edilən hücumu dəf edib. Ukrayna körpüyə 12 ATACMS taktiki raketi ilə hücum edib, lakin onların hamısı məhv edilib.

Tarix
2025.03.31 / 12:29
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı...

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

28 maddəlik sülh: Zelenski dalana dirənib, Putin də narazıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla