Yuxarı

Trampın Putinə anlaşılmaz sevgisinin qurbanı... - Uayt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Putinə anlaşılmaz sevgisinin qurbanı... - Uayt

Donald Tramp ABŞ-ı diktatura rejiminə çevirməyə, xarici siyasətdə isə Amerikanın düşmənləri ilə əməkdaşlıq edərək dostlarına qarşı çıxmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşrində amerikalı siyasətçi Con Kennet Uayt yazıb.

Analitik qeyd edir ki, İlon Maskın dəstəyi ilə Donald Tramp "köhnə yaxşı Respublikaçılar Partiyasını" faktiki olaraq məhv edərək, onu şəxsi siyasi ambisiyalarına nail olmaq üçün bir alətə çevirib.

Uaytın fikrincə, bu ambisiyalar Konqresin bir hissəsinin səlahiyyətlərini mənimsəmək və prezident vəzifəsini "amerikan üslubunda kral hakimiyyətinə" çevirməkdən ibarətdir:

“Burada isə sədaqət mükafatlandırılır, müxalif fikir isə boğulur. ABŞ-ın daxili siyasətində baş verənlər ölkənin dünya ilə münasibətlərinə də təsir edir".

Bu kontekstdə Uayt Trampın son diplomatik "nailiyyətlərini" xatırladır: İkinci Dünya müharibəsindən sonra dünyada sabitliyi təmin edən NATO-nun zəiflədilməsi, ABŞ-ın "yumşaq gücünü" qlobal miqyasda təşviq edən USAİD agentliyinin ləğvi, Kanadanın anneksiyası ilə bağlı absurd bəyanatlar və s.

"Elə görünür ki, Prezident Trampın məqsədi Amerikanın düşmənlərinin yox, daha çox dostlarının ürəyinə qorxu salmaqdır. Trampın inqilabı"nın açıq-aşkar qurbanı, xüsusilə də onun Putinə qarşı anlaşılmaz sevgisi səbəbindən, Ukrayna ola bilər. ABŞ-ın prioritetlərinin dəyişməsi o deməkdir ki, Ukrayna yavaş-yavaş Tramp və Putinin əlində olan çəkiclərlə xaça çəkilir", - o vurğulayıb.

Tarix
2025.04.01 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla