Yuxarı

Tramp buna görə Rusiyaya maraq göstərir - Kuleba

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp buna görə Rusiyaya maraq göstərir - Kuleba

ABŞ Prezidenti Donald Tramp həqiqətən də hesab edir ki, Rusiya ilə birlikdə çox yaxşı işlər görə bilərlər və ona Rusiya lazımdır. Ukrayna isə ona lazım deyil, sadəcə olaraq onun dünyagörüşü belədir.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

"Ona gəlib deyirlər ki, orada hər şey o qədər də birmənalı deyil, Ukrayna da günahkardır. Və bu fikir onun ağlına batır – bəli, Ukrayna da günahkardır, gəlin bu mövzunu qabardaq. Trampın mediada fəal olan ətrafının bizim prorusiya hesab etdiyimiz narrativləri yayması və Trampın seçicilərinin bunu sosial şəbəkələrdə həvəslə dəstəkləməsi faktdır. Amma düşünmürəm ki, Tramp bunu agent olduğu üçün edir və tapşırıq yerinə yetirir. O, sadəcə olaraq fərqli dünyagörüşünə səmimi şəkildə inanır. Biz sizinlə bir reallığa inanırıq, o isə başqasına", - o bildirib.

Kulebanın sözlərinə görə, Putin və ya Si Szinpin kimi insanlar Trampda dərin hörmət hissi və onlarla böyük işlər görmək istəyi yaradır.

Tarix
2025.04.02 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla