Yuxarı

ABŞ-Çin savaşı: İlk zərbəni kim endirəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-Çin savaşı: İlk zərbəni kim endirəcək?

Çin Tayvanı mühasirəyə almaq üçün hərbi təlimə başlayarkən, ABŞ-ın hədəfi Çin dövlət şirkətləri və investisiyalardır. ABŞ hökumətindəki mənbələrə görə, Prezident Donald Tramp Çinin biznes nəhənglərini hədəfə alaraq həm ölkə iqtisadiyyatını, həm də hökuməti zəiflətməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” qeyd edib.

“Hill” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son həftələrdə kabineti ilə gizli iclas keçirib və burada Çinlə müharibə planları müzakirə edilib. İlon Mask iclasda olmayıb. Görüşün vaxtı diqqət çəkir: ABŞ mərkəzli “Real Clear Defence” nəşrinin Pentaqondan əldə etdiyi məlumata görə, Pekinin 5-11 mart tarixləri arasında “Böyük Çin Strategiyası”nı elan etməsindən sonra ABŞ hökuməti tələsik şəkildə müharibə planlarını müzakirə etməyə başlayıb.

“Çinin strategiyasında aşağıdakı məqsədlər müəyyən edilib: Bütün ağıllı və yüksək texnologiyalı proqram və aparat alətlərində lider olacaq; kvant texnologiyası, süni intellekt və 6G texnologiyalarına qlobal sərmayələr qoyacaq; “ChatGPT”yə alternativ olaraq istehsal etdiyi və Amerika fond bazarını çaşdıran “DeepSeek” süni intellekt proqramı da daxil olmaqla, hər sahədə daha ucuz və effektiv texnologiyalar istehsal edəcək; 2025-ci ildə fəaliyyətə başlayacaq kosmos yarışı və kosmik mədən layihələrini tamamlayacaq.

Ekspertlərin fikrincə, hər iki ölkənin strategiyası oxşar məqsədlərə malikdir, lakin ABŞ Ticarət Departamentindən olan mənbələr iddia edir ki, “ilk zərbəni” ABŞ vuracaq”, - məqalədə qeyd olunub.

Tarix
2025.04.06 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla