Yuxarı

Sərnişin yeməyə görə dava saldı, təyyarə hava limanına qayıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində Con F.Kennedi hava limanından Milana uçan "American Airlines" aviaşirkətinə məxsus təyyarədə qalmaqal baş verib.

Sərnişinlərdən biri yemək səbəbindən dava salıb və təyyarə uçuş etdiyi hava limanına qayıtmaq məcburiyyətində qalıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Nyu York Post" nəşri məlumat verib.

Hadisə Atlantik Okeanı üzərində, təyyarə artıq bir neçə saat havada olduğu zaman baş verib.

Bildirilib ki, 40 yaşlı kişi sərnişinin qeyri-adekvat davranışına səbəb menyuda arzuladığı yeməyin olmaması olub. Narazı sərnişin stüardessaların üzərinə qışqırıb və körpə uşaqla təcili çıxış qapısının yanında otura bilməyəcəyini deyib. O, daha sonra stüardessalara hücum çəkib və pilotların kabinəsinə soxulmağa çalışıb, bununla da vəziyyət son həddə çatıb.

Göyərtəsində təxminən 300 sərnişinin olduğu təyyarədə aqressiv kişini sakitləşdirmək üçün heç bir aviasiya marşalı olmayıb. Özlərini itirən uçuş bələdçiləri kömək üçün sərnişinlərə müraciət ediblər, aralarında polis və ya hərbçilərin olub-olmadığını soruşublar.

Pilot vəziyyətin ciddiliyini nəzərə alaraq təyyarəni uçuş etdiyi hava limanına qaytarmaq qərarına gəlib. Yerli vaxtla saat 3:30-da məcburi eniş edilib. Sərnişinlər gecəni hava limanında keçirməli olublar və ertəsi gün səhər saat 11-də Milana uça biliblər.

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Tarix
2025.04.10 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

Bakı “Rus evi” ilə bağlı cavab verməyib - Primakov

Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...

Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır

Avstraliya Azərbaycana təşəkkür etdi

Prezident Laziz Kudratovu qəbul etdi

İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla