Yuxarı

“Azercell”in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 iyul – 5 sentyabr 2025-ci il tarixlərində Amazon Web Services (AWS)-in texnoloji dəstəyi ilə keçiriləcək “DataMinds Azercell” bootcamp proqramı tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib.

Təlimlər “Azercell”in Data və AI komandasında çalışan ekspertlər tərəfindən aparılacaq və DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək.

Proqrama STEM ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü, 5-ci kurs bakalavr və magistratura tələbələri link üzərindən müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il.

Namizədlər üç mərhələli seçim prosesindən – proqram tələblərinə uyğunluq, dil və texniki bacarıq testləri, müsahibə – keçərək qiymətləndiriləcək.

Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və “Azercell”də data və süni intellekt sahəsi üzrə təcrübə və iş imkanları əldə edəcəklər.

Ətraflı məlumat üçün: [email protected]

Tarix
2025.06.20 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Naxçıvan Nazirlər Kabineti Prezidentə tabe olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla