Yuxarı

Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda oldu

Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda tətbiq olunan beynəlxalq hərbi təcrübənin və müasir texnoloji yeniliklərin hərb elmi və təhsil sisteminin inkişafına müsbət təsir göstərdiyini bildirib.

Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı qardaş ölkə ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran general-polkovnik K.Vəliyev ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və yüksək səviyyədə olduğunu qeyd edib.

General-polkovnik K.Vəliyev hərbi institutda təhsil alan kursantlara öz üzərilərində daim çalışmaq və ixtisas hazırlığına xüsusi diqqət yetirərək peşəkar zabit kimi inkişaf etmək ilə əlaqədar tövsiyələrini verib, onlara xidmətlərində uğurlar arzulayıb.

Sonda təhsilin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin göstərişləri hərbi təhsil müəssisəsinin rəhbərliyinə çatdırılıb və aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

Tarix
2025.06.20 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla