Yuxarı

Ukraynada real sülh üçün fürsət yaranıb - Merz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada real sülh üçün fürsət yaranıb - Merz

Ukraynada real sülh üçün bir fürsət yaranıb.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Ukrayna lideri Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Donald Trampın sülhə nail olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib:

“ABŞ prezidenti olmasaydı, Berlində aparılan danışıqlar zamanı müşahidə olunan müsbət dinamika da olmazdı”.

Merz müharibə başlayandan bəri ən genişmiqyaslı diplomatik səyləri alqışladığını qeyd edib:

“Biz müharibənin qiymətini də, sülhün qiymətini də bilirik”.

Kansler bu axşam Avropa liderləri ilə şam yeməyi zamanı daha da irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib və ərazi güzəştləri məsələsinin hələ də əsas mövzu olaraq qaldığını qeyd edib.

Onun sözlərinə görə, Rusiyaya məxsus aktivlərin Ukraynaya verilməməsi Avropa Birliyinə uzun illər ərzində zərər vuracaq:

“Əgər biz buna nail ola bilməsək, AB-nin hərəkət etmək qabiliyyəti uzun illər ciddi şəkildə zəifləyəcək”.

Qeyd edək ki, bu gün Berlində ABŞ və Ukrayna arasında danışıqlar davam etdirilib.

Tarix
2025.12.15 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla