Yuxarı

Dövlət büdcəsinə bir uşaq 4500-ə başa gəlir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət büdcəsinə bir uşaq 4500-ə başa gəlir - Nazir

Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub. Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır:

"Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunub. Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda bu, 2 milyard manatdan da yuxarı vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəmlər deyil. Yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi".

Nazir xarici təcrübəni örnək gətirərək qeyd edib ki, dünyanın aparıcı ölkələrində də məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşməsi modelinə rast gəlinmir.

"Bir neçə həll yolu ortaya qoymuşuq. Biri icma əsaslı məktəbəqədər təhsildir, digəri dövlət-özəl partnyorluğudur".

Tarix
2025.12.15 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla