Yuxarı

Biz müəllimə niyə maaş veririk? - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz müəllimə niyə maaş veririk? - Nazir

Fənlərin dövrü çoxdan bitib, müsir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərik.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.

"Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu, həmin fənnin müəlliminin maaşının 10% azaldılmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək".

E.Əmrullayev qeyd edib ki, müəlimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:

"Eyni sistemdir və bunu dəyişmək çox çətindir. 90-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək".

Nazir qeyd edib ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır:

"Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik".

Tarix
2025.12.15 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla