Yuxarı

Rusiya olmasaydı, Ermənistan 29,8 min kv.km olmayacaqdı - Mer

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya olmasaydı, Ermənistan 29,8 min kv.km olmayacaqdı - Mer

Əgər ruslar olmasaydı, Ermənistanın 29,8 min kvadrat kilometri ərazisi də olmazdı.

Axar.az xəbər verir ki, bunu Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün yeni seçilən meri Vardan Qukasyan deyib.

O, 1920-ci ildə Sevr şəhərində imzalanmış müqaviləni xatırladaraq bildirib ki, həmin sənəd çərçivəsində ingilislər və fransızlar ermənilərə 160 min kvadrat kilometr torpaq vəd etmişdilər.

“Nəticədə isə bir neçə aydan sonra türklər hər şeyi ələ keçirdilər, bizi Aleksandropol müqaviləsini imzalamağa məcbur etdilər və bizə cəmi 9,7 min kvadrat kilometr ərazi buraxdılar. Əgər ruslar olmasaydı, bizim bugünkü 29,8 min kvadrat kilometr ərazimiz də olmayacaqdı”.

Qukasyan özünü Ermənistanın maraqları ilə hərəkət edən, ermənipərəst siyasətçi adlandırsa da, Belarus nümunəsində olduğu kimi, Rusiya ilə ittifaq dövləti tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 16-da Gümrü Ağsaqqallar Şurasının ilk iclasında Vardan Qukasyan şəhərin meri seçilib. Onun lehinə 18 nəfər səs verib. İclasda hakim Mülki Müqavilə Partiyasının 14 nəfərdən ibarət fraksiyası iştirak etməyib.

Tarix
2025.04.16 / 15:12
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Prezident Davosda mühüm tədbirdə iştirak edir - Canlı

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla