Yuxarı

Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...

Aprelin 15-də səhər saatlarında “RİA Novosti” agentliyi özünün Teleqram kanalında Ukrayna ərazisinə hücum edən PUA operatorlarının “Moskva Siti” biznes mərkəzinin qüllələrindən birində oturduğunu göstərən iki məlumat dərc edib.

Axar.az xəbər verir ki, birinci məlumatda Moskvadan idarə olunan PUA-nın ilk dəfə olaraq Ukrayna ordusunun Çasov Yardakı obyektinə son dərəcə uzaq məsafədən zərbə endirdiyi bildirilib.

İkinci məlumatda isə Moskvadan idarə olunan PUA-nın Çasov Yar yaxınlığında yerləşən “Espanyola” briqadasının ekipajı tərəfindən uçuşa hazırlandığı vurğulanıb.

“Komandir “Moskva-Siti”də oturaraq hədəfi məhv edir”, - videoda qeyd olunub.

“Espanyola”nın Teleqram kanalında da yazılıb ki, dron “İspanyalı” ləqəbli briqada komandiri Stanislav Orlov tərəfindən idarə olunub. “Moskva Siti”dəki kirayə mənzillərin birində oturan “İspaniyalı” “Ovod” dronu ilə Çasov Yardakı hədəfi uğurla məhv edib.

Agentliyin bu paylaşımı rusiyalı hərbi blogerlər tərəfindən kəskin tənqid olunub.

“Bu videodan sonra Moskvadakı hündürmərtəbəli binalara hücum edən düşmən PUA operatorlarını vurduğunu deyəcək?” - hərbi jurnalist Vladimir Romanov əsəbiləşib.

“İnsayder” nəşri isə yazıb ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hesablama Mərkəzinin tərkibindəki gizli bölmə Ukrayna ərazisinə raketlərin istiqamətləndirilməsi ilə məşğul olur.

RİA hər iki məlumatı saat yarım sonra silib.

Tarix
2025.04.17 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla