Yuxarı

Keçmiş prezidentin edam qərarı təsdiqləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir müftisi Şevki Allam eks-prezident Məhəmməd Mursi barədə edam qərarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Təsnim" Agentliyi Misir mənbələrinə istinadən məlumat yayıb.

Misir qanunlarına görə, məhkəmənin çıxardığı edam qərarını ölkənin baş ruhanisi, yəni müfti təsdiqləməlidir. Artıq müftinin Mursi barədə çıxarılmış edam qərarını təsdiqləyən hökmü gizli şəkildə hökumət orqanlarına bildirilib.

Qeyd edək ki, M.Mursi və eləcə də Müsəlman Qardaşları Hərəkatının digər liderləri Assam Aryan və Səid Ketatani barədə Qahirə Cəza Məhkəməsinin ötən il çıxardığı edam qərarı təsdiqlənməsi üçün Misirin müftisinə göndərilib. Misirin eks-prezidenti, 2012-13-cü illərdə ölkəyə rəhbərlik etmiş Müsəlman Qardaşları Hərəkatının nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub. Ona qarşı bir sıra cinayətlərdə iştirakla bağlı ittiham verilib. Bunlar casusluq, inqilab zamanı həbsxanadan adam qaçıqılmasını təşkil etmək və sairdir. Mursinin casusluqda ittiham olunduğu məhkəmə prosesində 90-dan artıq iclas keçirilib.

Məhkəmənin eks-prezident barədə edam qərarı dünyada böyük etiraza səbəb olub. BMT və bir sıra dünya ölkələri bu qərarı qınayıb və tətbiq edilməməsinə çağırıblar. Gözlənilir ki, qərarın elan edilməsi Misirdə ciddi etiraz aksiyalarına səbəb olacaq. Daha öncə məhkəmə qərarları böyük etiraz aksiyaları və polislə qarşıdurmalarla müşayiət olunmuşdu.

Misir rəhbərliyinin Mursi və tərəfdarlarını edam etməsi dünyanın reaksiyasından asılı olacaq. Daha əvvəl Mursinin edam edilməsi inandırıcı görünməsə də, radikal dini qrupların son illərdə daha da fəallaşması hökumətlə qarşıdurmaları daha da dərinləşdirib.

Bu mənada mümkündür ki, Prezident Sisi Mursi barədə edam qərarını icrasına qol qoysun. Yaxud da hakimiyyətin manevr etməyə çalışdığı, edam qərarından həm Müsəlman Qardaşlarına qarşı təzyiq vasitəsi olaraq, eyni zamanda, bəzi ölkələrlə siyasi bazarlıq üçün istifadə etməyə çalışması mümkündür.

Tarix
2016.06.05 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla