Yuxarı

Papa Bakı və İrəvana çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papa Bakı və İrəvana çağırış etdi

Silahsızlanmadan sülh əldə oluna bilməz və özünü müdafiə etmək istəyi silahlanma yarışına çevrilə bilməz.

Axar.az xəbər verir ki, bu barədə Roma Papası Fransisk Pasxa mesajında ​​bildirib.

Müqəddəs Pyotr kilsəsinin eyvanında mesajının oxunması zamanı 88 yaşlı Papa özü iştirak edib və möminləri Pasxa bayramı münasibətilə təbrik edib.

"Tərk-silahsız heç bir sülh mümkün deyil! Heç bir xalqın öz müdafiəsini təmin etmək ehtiyacı silahlanma yarışına çevrilə bilməz", - o bildirib.

O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb:

"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm".

Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya-Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb. Bundan əlavə, Fransisk Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması gözlənilən Qafqazı, siyasətçilərin gərginliyə və böhrana yol verməməli olduğu Balkanı, eləcə də Afrika ölkələrindəki, Yəmən və Myanmadakı çətin vəziyyəti xatırladıb.

Qeyd edək ki, son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.

Tarix
2025.04.20 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla