Yuxarı

“Qazprom”dan TAP mesajı: “Uzun illərdir...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qazprom”dan TAP mesajı: “Uzun illərdir...”

Rusiya hökumətinin nümayəndələri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə rus qazının Qara dənizin dibi ilə Avropanın cənubuna çatdırılmasını müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qazprom"un Direktorlar Şurasının sədri Viktor Zubkov söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Avropa Birliyi ilə ortaq qərar tapmağa çalışır. O, Yunkerlə Rusiya rəsmilərinin görüşünün Sankt-Peterburq İqtisadiyyat Forumunda baş tutacağını bildirib:

"Avropanın cənubuna bundan daha yaxşı yolla qaz çatdırmaq mümkün deyil. Uzun illərdir ki, alternativ dəhlizlər yaradılmağa cəhd edilir, amma bundan heç bir uğur əldə edilmir. Bizim dediklərimizdə isə Avropanın cənubuna qaz vermək üçün real imkanlar var".

Qeyd edək ki, Cənubi Avropaya qaz üçün əsas alternativ variantlardan biri TAP layihəsidir. Bu layihə Xəzər qazının Avropaya daşınmasını nəzərdə tutur. "Qazprom" bu layihəni indiyə qədər özünə əsas rəqib proyekt hesab edir.

Tarix
2016.06.07 / 17:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla