Yuxarı

7 ölkədən ABŞ-a çağırış: Münhen səhvləri təkrarlanmasın...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 ölkədən ABŞ-a çağırış: Münhen səhvləri təkrarlanmasın...

Avropanın yeddi ölkəsinin parlament komitələrinin rəhbərləri ABŞ-a müraciət edərək Rusiyaya münasibətdə yanaşmanın dəyişdirilməsini tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Ukrayna, Böyük Britaniya, Fransa, Çexiya, Litva, Latviya və Estoniyanı təmsil edən nümayəndələr birgə bəyanatla çıxış edərək Trampı və ABŞ Konqresini Rusiya tərəfindən gələn təcavüzə qarşı qətiyyət göstərməyə çağırıblar.

"Onlar “yumşaq siyasət”i pisləyərək, Rusiyanın terrorçu rejiminə qarşı vahid və sərt mövqe tutulmasını tələb ediblər. Ukraynanın suverenliyi heç bir xarici təzyiqin və ya kompromisin obyekti ola bilməz”, - məlumatda qeyd olunub.

Bəyanatda həmçinin NATO-ya çağırış edilib ki, Ukraynanı dərhal Alyansa qəbul etsin və Avropa Birliyinə üzvlüyünü sürətləndirsin ki, 1938-ci il Münhen səhvləri təkrarlanmasın.

Qeyd edək ki, Münhen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya liderləri arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli sazişdir.

Tarix
2025.04.26 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla