Yuxarı

Ərdoğandan Suriyadakı gərginliyə reaksiya - Xəbərdarlıq etdi!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Suriyadakı gərginliyə reaksiya - Xəbərdarlıq etdi!

Suriyanın ərazi bütövlüyü bizim üçün əvəzolunmazdır. Suriya hökumətinin də eyni həssaslıqla hərəkət etdiyini bilirik. Ölkədəki silahlı qrupların Suriya Müdafiə Nazirliyinin "dam"ı altında toplanaraq Suriyanın birlik və bütövlüyünə töhfə verməsi çox vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Federativ struktur məsələsi boş xəyaldan başqa bir şey deyil. Suriya reallığında bunun yeri yoxdur. Onlara məsləhət görürəm ki, bölgənin sabitliyinə xidmət edəcək qərarlar qəbul etsinlər. Suriyanın və bölgənin daimi sabitliyini təhdid edən və ya təhlükə altına salan heç bir təşəbbüsə icazə verməyəcəyik.

Suriya rəsmiləri tərəfindən Suriya ordusundan əlavə heç bir silahlı strukturun qəbul edilməyəcəyi elan edilib. Onlar bu istiqamətdə işlərini davam etdirirlər. Bizim sərhəd təhlükəsizliyinə yanaşmamız da eynidir. Biz sərhədlərimizdən kənarda heç bir zorakı quruluşa icazə vermirik. Ən ağıllı variant bütün qrupların tək və bütün Suriya üçün çalışması və bu məqsədlə öz enerji və qüvvələrini səfərbər etməsidir. Biz Suriyadakı bütün qrupların təmsilçiliyinə və dialoquna üstünlük veririk”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, iki gündür Suriya ərazisində silahlı qruplarla hökumət qüvvələri arasında toqquşma yaşanır.

Tarix
2025.05.01 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla