Yuxarı

Trampa mesaj: Bu ölkələr müdafiə paktı imzalayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampa mesaj: Bu ölkələr müdafiə paktı imzalayır

Fransa və Polşa müdafiə və iqtisadi məsələləri əhatə edən bir müqavilə imzalayacaq. Bu qərar Rusiya təcavüzü və ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı qeyri-müəyyənlik fonunda ölkələrin hərbi əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı son addımdır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşr yazıb.

Qeyd olunur ki, bu sənəd 9 may tarixində Fransa Prezidenti Emmanuel Makron və Polşa Baş naziri Donald Tusk tərəfindən imzalanacaq.

“Müqavilə illərlə hazırlanırdı, lakin ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı eyhamlar etməyə və onilliklərdir Avropa təhlükəsizliyinin əsasında duran Amerika zəmanətlərini geri çəkməklə hədələməyə başlamasından sonra bu sənəd yeni əhəmiyyət qazandı”, – deyə nəşr vurğulayıb.

Polşanın “Defence24” analitik mərkəzinin təhlükəsizlik üzrə analitiki Aleksandr Olex bildirib:

“Tusk həmçinin Vaşinqtona, uzun illər əsas müttəfiqimiz olmuş bir ölkəyə də mesaj göndərir. Bu, Polşanın təkcə ABŞ-dan asılı olmadığını, həm də digər güclü nüvə müttəfiqlərinə sahib ola biləcəyini açıq şəkildə göstərən bir mesajdır”.

Tarix
2025.05.03 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla