Yuxarı

Bu ölkələr daha çox neft hasil edə bilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələr daha çox neft hasil edə bilər...

OPEK+ ölkələri hazırda daha çox neft hasil edə bilərlər, lakin hasilat səviyyələrini məhdudlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak OPEK+ ölkələrinin görüşündə deyib.

“Həm Rusiya, həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Küveyt bu gün daha çox neft hasil edə bilərdi. Bizim potensial yataqlarımız və onların işlənməsi üzrə qrafiklərimiz var, lakin hasilatı məhdudlaşdırırıq”, – deyə o bildirib.

Novak əlavə edib ki, ticarət müharibələri və proqnozlardan aşağı olan iqtisadi artım dünya üzrə neftə tələbatın təmin olunmasına təsir göstərir.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, 8 OPEK+ ölkəsi 2024-cü ilin əvvəlindən etibarən neft bazarında balansı qorumaq üçün gündəlik hasilatı 2,2 milyon barrel azaldaraq, könüllü məhdudiyyətlər tətbiq edirdi. 2025-ci ilin aprelindən etibarən bu ölkələr hasilatı tədricən artırmağa başlayıblar.

Tarix
2025.05.03 / 18:11
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla