Yuxarı

Rusiya səfiri qəzəbləndi: Papikyana açıq məktub...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya səfiri qəzəbləndi: Papikyana açıq məktub...

Ermənistanın Rusiyadakı səfiri Sergey Kopırkin müdafiə naziri Suren Papikyana açıq məktubla müraciət edərək, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Komandanlıq-qərargah institutunun rəhbəri Artsrun Ovannisyanın son açıqlamalarına toxunub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Erməni xalqı arasında Qələbə gününə dərin ehtiram fonunda Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi A.Ovannisyanın bu müqəddəs tarixdə ölkənin əsas televiziya kanalında səsləndirdiyi, faşist Almaniyasının təcavüzünə faktiki haqq qazandıran tarixən yalan xarakterli bəyanatları geniş qəzəb doğurub. Böyük Vətən müharibəsinin məşhur sərkərdəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Baqramyanın adını daşıyan Komandir-qərargah İnstitutuna (Hərbi Akademiya) hazırda rəhbərlik edən şəxsin ağzından belə ifadələri eşitmək xüsusilə ağrılı idi”, - məktubda qeyd olunub.

Kopırkin nazirlik nümayəndəsinin hərəkətlərini Hitlerin SSRİ xalqlarını əsarət altına almaq, məhv etmək planlarının həyata keçirilməsinə mane olan, həmçinin bəşəriyyəti “qəhvəyi vəba”dan xilas edən qəhrəman əcdadların xatirəsini ləkələmək cəhdi adlandırıb.

Qeyd edək ki, Ovannisyan Ermənistan İctimai Televiziyasının efirində Stalinqrad döyüşündə SSRİ-nin qələbəsinin Ermənistanı türk işğalından xilas etməsi ilə bağlı deyilənləri yalan adlandırıb. Eyni zamanda o, Almaniyanın faşist olmadığını, yalnız nasist olduğunu, İkinci Dünya Müharibəsində qələbənin ABŞ-ın “Lend-liz” yardımı və ikinci cəbhənin açılması sayəsində mümkün olduğunu bildirmişdi.

Tarix
2025.05.16 / 12:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla