Yuxarı

Ərdoğandan İstanbul görüşü ilə bağlı açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb.

Axar.az Report-a istinadən xəbər verir ki, türkiyəli lider bunu Tiranada Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet olaraq qalır.

Ərdoğan deyib ki, ABŞ, Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb, həmçinin İtaliyanın baş naziri, Fransanın prezidenti ilə onların təşəbbüsü ilə telefon danışıqları olub:

"2022-ci ilin martından bəri ilk dəfədir ki, qan tökülməsinin dayandırılması üçün həqiqətən real imkan yaranıb. Mən avropalı həmkarlarımı Rusiya və Ukrayna arasında dialoq kanalının açıq qalması üçün dəstək verməyə çağırıram. Türkiyə, öz növbəsində, sülh nizamlanmasına mümkün töhfəsini verməyə davam edəcək".

Tarix
2025.05.16 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla