Yuxarı

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dünyanın diplomatik mərkəzlərindən biri olması çox sevindiricidir. Fraqmentallaşan dünyanın güc mərkəzlərindən biri kimi qardaş ölkə öz yerini hər gün daha da möhkəmlədir.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli bildirib.

Onun fikrincə, Ukrayna-Rusiya danışıqlarının nəticəsi, qısaca olaraq, belədir:

“1. 1000 əsirin qarşılıqlı olaraq dəyişdirilməsinə razılıq verildi;

2. Atəşkəs haqqında - yəni, mexanizmi necə olacaq – yaxın günlərdə hər iki tərəf öz təkliflərini hazırlayacaq, çünki söhbət 2000 km sərhəd, 1200 km aktiv döyüşlərin getdiyi ərazidən gedir, nəzarət mexanizmləri yaratmaq çox da asan məsələ deyil. Nəzarət mexanizmi yaranmasa, Rusiya atəşkəsi pozub daim Ukraynanın üzərinə atacaq;

3. Ukrayna və Rusiya prezidentlərinin görüşü, prinsip etibarı ilə, mümkün ola bilər.

Amma düşünürəm ki, Ukrayna böhranı Tramp-Putin görüşündə həllini tapacaq – ona görə də bu təmas nə qədər tez olsa, bir o qədər az insan ölər”.

Siyasətçi vurğulayıb ki, Avropanın düşdüyü vəziyyəti acınacaqlıdır:

“Çox gurlayırlar – yağa bilmirlər, çox söz verirlər, əməl edə bilmirlər. Aşağıda təqdim etdiyimiz foto bu gün Avropa liderlərinin bir yerdə Trampa zəng edən zaman çəkilib – hər şey aydın görünür, ABŞ olmadan Avropa nəinki Ukraynanın, hətta öz təhlükəsizliyini belə təmin edə bilmir. Bunu Rusiya da anlayır deyə, Trampın qəzəbinə gəlmək istəmir, amma Rusiya baş qatmaqla məşğul olmaqda davam etsə, bu gün əlinə keçmiş fürsətləri tamamən itirə bilər. Çünki ABŞ-Rusiya danışıqları daha qlobaldır, Ukrayna orada, hardasa, 6-cı yerdədir, yəni Putin israrla Donetsk vilayətinin, məsələn, “Vesolaya kəndini” almaq kimi mənasız hədəfin dalınca qaçsa, indiki konyukturda əldə edə biləcəyi qlobal dividendləri itirəcək və hayat ona heç də “veselo” olmayacaq...”

Tarix
2025.05.16 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

İlham Əliyev Albaniyada mühüm tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla