Yuxarı

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tarix
2025.05.16 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Lukaşenko İlham Əliyevi təbrik etdi

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi

Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir...

XİN-dən Qələbə Günü ilə bağlı paylaşım

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla