Yuxarı

Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı

Ukrayna nümayəndə heyətinin tərcüməçisi Oleq Qolovko Rusiya ilə danışıqlar başa çatmamış İstanbulu tərk edib və naməlum istiqamətdə yoxa çıxıb.

Axar.az xəbəer verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, Qolovko Türkiyəyə Ukrayna müdafiə naziri Rüstəm Umerovun komandasının tərkibində gəlib:

“Danışıqlar zamanı elan olunmuş fasilədən istifadə edən tərcüməçi olduğu yeri tərk edərək naməlum istiqamətə yola düşüb. Yeni mütəxəssis tapmaq üçün nümayəndə heyəti fasiləni 15 dəqiqə uzatmalı olub. Qolovko İstanbul hava limanı vasitəsilə ölkəni tərk etməyib. Güman edilir ki, həmin şəxs marşrutunu müəyyən etmək çətin olsun deyə, Türkiyə-Bolqarıstan sərhədini avtomobillə keçib”.

Bildirilib ki, O.Qolovko 2023-cü ildən Rüstəm Umerovun komandasında çalışır.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.

Tarix
2025.05.19 / 17:37
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla