Tekumsenin ölüm qarğışı
1813-cü ildə Şauni tayfasının rəhbəri Tekumse sonu
sıfırla bitən illərdə Amerika prezidenti seçiləcək bütün
prezidentləri ölümlə qarğıyır.
Hindu rəvayətində deyilir ki, Amerika prezidenti Vilyam Henri
Harisson (1841) hinduların Şauni qəbiləsinin Tekumse adlı başçısını
öldürərkən qəbilə başçısı məhz "sıfırıncı" illərdə seçiləcək bütün
Amerika prezidentlərini ölümlə lənətləyib. Şimali Amerika
hindularının Tayfalararası Şurasının fikrincə, Vilyam Henri
Tekumseni öldürməklə doğma torpaqları işğal edənlərə qarşı yönəlmiş
hinduların axırıncı müqavimətinə son qoyub.
"Tekumsenin ölümündən sonra, 1936-cı ildə onun "peyğəmbər"
adlandırılan qardaşı Tenskvatava öz qardaşının lənəti ilə
Amerikanın sıfırıncı illərdə seçiləcək prezidentlərinin
seçildikləri müddət ərzində öləcəklərini təsdiq edib", - deyə
Ferfild Universitetinin politoloqu professor Con Orman
bildirir.
Öz qardaşının "peyğəmbər"liyinə Tenskvatava kiçik bir əlavə də
edib: "Lənət hər 20 ildən bir həyata keçəcək". 8 prezidentin hər
biri məhz bu ardıcıllıqla seçilib. Qətlə yetirilən 8 prezidentin
5-i respublikaçı (Linkoln, Qarfild, Mak-Kinli, Qardinq və Reyqan),
2-si demokrat (Ruzvelt və Kennedi) idi. Yalnız biri – Vilyam Henri
Harrison liberal olub.
Beləliklə...
General Harrison 1840-cı ildə ABŞ prezidenti seçilir. Öz
vəzifəsinə keçən gün soyuq havada iki saat yarım çıxış edir və
ciyərlərinə soyuq dəyərək möhkəm xəstələnir. Nəticədə bir ay sonra
vəfat edərək öz prezidentliyi dövründə ölən ilk Amerika prezidenti
olur və bununla da Takumsenin "ölüm qarğışı" maşını işə düşür.
Harissondan sonra "sıfır faktoru" nun növbəti qurbanı 1860-cı ildə
prezident seçilən Avraam Linkoln olur.
Aprelin 14-ü 1865-ci ildə Vaşinqtonun "Ford" teatrında "Bizim
Amerikalı bacıoğlu" tamaşasına baxarkən Con Uilks Buts tərəfindən
qətlə yetirilir. Aktyor Amerika prezidentinin başına 44 kalibrli
tapançadan atəş açıb. Növbəti gün prezident ölür. Bununla o öz
hakimiyyəti dövründə vəfat edən ikinci prezident olur.
Linkolndan 20 il sonra – 1880-cı ildə Ceyms Qarfild Amerika
prezidenti seçilir. Çarlz Gito adlı bir vəkil Qarfildə Vaşinqton
Dəmiryol vağzallarının birində 44 kolibrli revolverdən atəş açır.
Nəticədə prezident aldığı yaradan 1881-ci il sentyabrın 17-də
dünyasını dəyişir.
Mak-Kinli 1900-cu ildə prezident seçilmişdi. Ağ Evin arxivində
saxlanılan sənədlərə əsasən, Mak-Kinli də Linkoln və Qarfild kimi
qətlə yetirilib. Sentyabrın 6-sı 1901-ci ildə Mak-Kinli Buffalodakı
Panamerikan sərgisində çıxış edir. Nitqindən sonra prezident
sərgiyə gələnləri salamlayarkən keçmiş fəhlə Leon Çalqoş ona 32
kolibrli tapançadan 2 dəfə atəş açır. Güllələr qarın boşluğundan
tutur. Prezident aldığı yaradan səkkiz gün sonra – 14 sentyabrda
vəfat edir.
1920-ci ildə Uorren Qardinq ABŞ-ın 29-cu prezidenti olur.
1923-cü ildə Alyaskaya səyahəti zamanı prezidenti zəhərləyirlər və
elə həmin il avqustun 2-də həyatdan köçür. Rəsmi məlumatlarda elan
edilir ki, prezident "ürəktutması"ndan vəfat edib. Çünki onun həyat
yoldaşı autopsiyaya (meyidin yarılmasına) icazə verməyib. Qardinqin
qadını tərəfindən xəyanətlə üzləşdiyi və arvadının onu zəhərlədiyi
də ehtimal edilir.
1940-cı ildə demokrat Franklin Ruzvelt, respublikaçı prezident
Teodor Ruzveltin bacısı oğlu üçüncü müddətə prezident seçilir.
1945-ci il martın 12- də portret sessiyası zamanı Ruzveltdə beyinə
qansızması baş verir və özünün IV prezidentliyi müddətinin
başlamasından 8 gün sonra vəfat edir.
1960-cı ildə Birləşmiş Ştatların prezidenti Con Kennedi olur.
1963-cü il 22 noyabrdaTexas ştatının Dallas şəhərində qətlə
yetirilir. Şəhərdə açıq avtomobildə gəzinti zamanı prezident bir
neçə güllə yarası alır, onlardan biri onun başına dəyir. Bir neçə
saat sonra Con Kennedinin öldüyü elan edilir. Beləliklə, o,
hakimiyyəti dövründə həlak olan 7-ci və hələlik sonuncu Amerika
prezidentidir. Prezidentin ölümündə isə keçmiş dessantçı Li Xarvi
Osvaldı ittiham edirlər.
Kennedidən 20 il sonra 1980-cı ildə Ronald Reyqan ABŞ-ın 40-cı
prezidenti olaraq yanvarın 20-si 1981-ci ildə hakimiyyətə keçir.
Həmin il martın 30-da Reyqan ALF-CİO sindikatı nümayəndələri ilə
"Hilton" otelindən çıxarkən psixi cəhətdən xəstə Con Xinkli
prezidentə 22 kolibrli revolverdən 6 güllə boşaldır. Reyqan sağ
qalır.
Həkimlər onun ürəyinin bir düyümlüyündən güllə çıxarırlar.
Reyqan çox tezliklə sağalır və bu onu daha da populyarlaşdırır.
Reyqan 1980-cı ilin prezident seçkilərində qələbə çalır və ölümdən
qurtulmuş olur.
Bununla Tekumsenin lənəti hələlik başa çatır. Reyqandan düz 20
il sonra prezident seçilən Corc Buşa da bu lənət təsir etmir. Axı o
da, 2000-ci ildə, yəni sıfıncı illərdə prezident seçilmişdi. Lakin
bu heç də hindu lənətinin bitdiyi demək deyil. Tarixçilərin
fikrincə, bu lənətin nə vaxtadək davam edəcəyi məlum deyil. Şauni
hindu nəsilləri hazırda Birləşmiş Ştatların cənubunda yerləşən
Oklaxoma ştatındakı rezervasiyada yaşayırlar.