Yuxarı

Rusiya İrana 4 ton qızıl verdi - bunun əvəzinə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İrana 4 ton qızıl verdi - bunun əvəzinə

Moskva İranın “Sahara Thunder” şirkətinə “Şahid-136” zərbə dronlarına görə ödəniş kimi ümumi dəyəri təxminən 104 milyon dollar olan azı 1,8 ton qızıl göndərib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Agentlik” C4ADS tədqiqat qrupuna istinadla yayıb.

Yayımlanan məlumata əsasən, 16 mart 2023-cü il tarixli əllə yazılmış sənəddə qramı 58.32 dollardan hesablanmaqla 1 788 402,2 qram qızılın tədarükü nəzərdə tutulur. Sənəd İranın istehsal müəssisəsi ilə Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonası arasında imzalanıb. Məhz burada dronların yığılması həyata keçirilirmiş.

Bundan əlavə, 5 aprel 2023-cü il tarixli digər müqavilədə də İran tərəfinə göndərilməsi nəzərdə tutulan 2 067 795,9 qram (iki tondan artıq) qızıl qeyd olunur. Lakin bu partiya ilə bağlı əlavə detallara hələlik aydınlıq gətirilməyib.

C4ADS analitiklərinin qeyd etdiyinə görə, bu ödənişlərin qızıl şəklində aparılması ABŞ Maliyyə Nazirliyinin sanksiyaları səbəbilə dollarla aparılan maliyyə əməliyyatlarının bloklanması və ya çətinləşdirilməsi risklərini aradan qaldırmaq məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, “Sahara Thunder” 2024-cü ildə ABŞ sanksiyalarına məruz qalıb və hazırda ləğv olunmaq üzrədir, lakin onun yerinə yeni bir şirkətin yaradılması gözlənilir.

Tarix
2025.05.30 / 11:46
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla