Yuxarı

İranda məşhur reper intihara cəhd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda məşhur reper intihara cəhd etdi

2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu (Tətəlu) intihara cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə onun bacısı özünün sosial media hesabında paylaşım edib.

Məlumata görə, mayın 29-da həyatına qəsd edən reper Tehran xəstəxanalarından birinə köçürülüb.

İran mediası reperin həyatına təhlükə olmadığını və yenidən həbsxanaya qaytarılacağını yazıb.

Bildirilib ki, Əmir Hüseyn Məqsudlu (Tətəlu) həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq intihara əl atıb.

Qeyd edək ki, Məqsudlu "əxlaqsızlığı və fahişəliyi təşviq etməkdə" və "peyğəmbəri və islam müqəddəslərini təhqir etmək"də günahlandırılaraq barəsində edam hökmü çıxarılıb.

Edam hökmü sonradan 10 il həbs cəzası ilə dəyişdirilsə də, İran məhkəməsi son qərarı ləğv edib, edam hökmünün qüvvədə saxlanılması barədə yenidən məsələ qaldırıb.

Tarix
2025.05.30 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla