Yuxarı

İstanbulda ikinci raund çətin keçəcək - Slutski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda ikinci raund çətin keçəcək - Slutski

İyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının ikinci raundu çətin şəraitdə baş tutacaq. Tərəflər atəşkəs məsələsini müzakirə edəcəklər və bu, münaqişənin həlli yolunda mühüm bir nəticə ola bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

"Danışıqların ikinci raundu Vladimir Zelenskinin Almaniya kansleri Fridrix Merzə qonaq getməsindən sonra çətin şəraitdə keçiriləcək", – deyə Slutski vurğulayıb.

Slutski əmin olduğunu bildirib ki, danışıqlar baş tutacaq və onların məqsədi Ukraynadakı münaqişənin tam həllinə aparacaq yol və mexanizmin hazırlanması olacaq.

Onun sözlərinə görə, Ukrayna tərəfi bəlkə də belə bir müzakirəyə hazır olmayacaq, lakin Rusiya “ən yaxşısından çıxış edəcək”:

"Əgər davamlı atəşkəsə nail olsaq, bu, münaqişənin dayandırılması yolunda əlamətdar nəticə olacaq".

Qeyd edək ki, Zelenskinin Almaniyaya son səfəri zamanı bu ölkənin Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməyə qoyulan məhdudiyyətin aradan qaldırıldığı rəsmən təsdiqlənib.

Tarix
2025.05.31 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla