Yuxarı

Rusiya Gürcüstana rekord həddə pivə satdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Gürcüstana rekord həddə pivə satdı

Bu ilin yanvar-aprel aylarında Rusiya Gürcüstana rekord həddə, 685 min dollar dəyərində pivə göndərib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumat yayıb.

"Gürcüstan şirkətləri 2025-ci ilin ilk dörd ayında Rusiya pivəsinin idxalını 13% artırıb.

Mütləq ifadədə tədarük 13% artaraq 804,5 ton təşkil edib. Hər iki rəqəm 606 min dollar dəyərində keçənilki 709 tonluq rekordu qıraraq indiyə qədər ən yüksək göstərici olub. Nəticədə, Rusiya Gürcüstan bazarının ikinci əsas pivə tədarükçüsü olaraq qalıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, əsas ixracatçı ənənəvi olaraq Almaniya olub, satış 30% artaraq 1,35 min ton təşkil edib. İdxalı 561 tondan 527 tona düşsə də, ilk üçlüyü Türkiyə tamamlayır.

Tarix
2025.06.01 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla