Yuxarı

Kalın HƏMAS-ın sədr müavini ilə danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalın HƏMAS-ın sədr müavini ilə danışdı

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) sədri İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Heya ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərliyi ilə HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində aparılan atəşkəs danışıqları müzakirə olunub.

Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması istiqamətində beynəlxalq ictimaiyyətlə birgə səyləri qeyd edilib.

Müzakirə zamanı Türkiyənin Fələstin xalqının yanında olduğu diqqətə çatdırılıb və əsir mübadiləsi, eləcə də humanitar yardımlara icazə məsələsinə də toxunulub.

Həmçinin, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tarix
2025.06.02 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla