Yuxarı

Rusiya sərnişin təyyarəsi məcburi eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sərnişin təyyarəsi məcburi eniş etdi

Moskvadan Yakutska uçan “S7 Airlines”ə məxsus “Airbus A320neo” təyyarəsi Saxa respublikasının Lenski rayonundakı Talakan hava limanına məcburi eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, məcburi enişə səbəb texniki nasazlıq olub. Heç kim xəsarət almayıb. İstintaq Komitəsi yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması (CM-nin 263-cü maddəsi) ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, bu, son bir ayda S7 şirkəti ilə bağlı 3-cü hadisədir. Mayın 18-də Novosibirskdən İrkutska uçan Boinq-737-800 təyyarəsi eniş qurğusunda yaranan nasazlıq səbəbindən havaya qalxdıqdan dərhal sonra hava limanına qayıtmaq məcburiyyətində qalmışdı. Mayın 17-də isə Qorno- Altayskdan Moskvaya uçan 150 sərnişini olan daha bir S7 təyyarəsi Novosibirskdə məcburi eniş edib. Airbus A320-nin mühərrikində nasazlıq yaranmışdı.

Tarix
2025.06.02 / 11:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Meloni Bakıya səfərə gəldi

İrəvanda sammit: İlham Əliyev çıxış etdi - Foto

Sammit Azərbaycan-Ermənistan sülhü sayəsində mümkün oldu

Azərbaycandan keçməklə Ermənistana gübrə göndərildi

Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ermənistana 28 min ton yük çatdırılıb - Prezident

İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla