Yuxarı

ABŞ generalları Putini ələ saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ generalları Putini ələ saldı

ABŞ-ın ehtiyatda olan generalları Ukraynanın Rusiya aerodromlarına kütləvi zərbə endirməsinə reaksiya veriblər və hücumun koordinasiyalı xarakterini tərifləyiblər.

Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb.

“Aylardır bəziləri Ukraynanın əlində kartının olmadığını iddia edirdilər. Bir çoxumuz bu iddiaya qarşı çıxdıq ki, Rusiya hərbi iqtisadiyyatının uğursuzluqları və Rusiya rəhbərliyinin davamlı qeyri-adekvatlığı, xüsusən də Ukrayna hökumətinin, ordusunun və əhalisinin davamlı güclü dəstəyi və iradəsi, xüsusi əməliyyatların, pilotsuz sistemlərin (müxtəlif optik-müharibə vasitələrinin) innovativ istifadəsi səbəbindən tezliklə döyüş meydanında dönüş olacaq”, - ABŞ ordusunun Avropadakı keçmiş komandanı Mark Hertlinq nəşrə açıqlamasında deyib.

Onun sözlərinə görə, cəbhə xəttindən 4000 kilometrdən çox məsafədə yerləşən Rusiya aviasiyasının böyük hissəsini məhv etmiş kimi görünən koordinasiyalı və sinxronlaşdırılmış hücum Ukraynanın əlində çoxlu kozırlarının olduğunu göstərdi.

NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan admiral Ceyms Stavridis X səhifəsində Rusiya Prezidenti Vladimir Putini lağa qoyub:

“Vladimir çox pis gün keçirir. Nə əkərsən, onu da biçərsən, Putin”.

Stavridis CNN-ə müsahibəsində Ukraynanın hücumunu möhtəşəm adlandırıb:

“Bu, bir növ Troya atıdır. Ölkəyə soxduqları bu taxta qutuların içindən döyüşçülər çıxır, bütün bu təyyarələri məhv edir. Bu, həqiqətən də heyrətamizdir”.

ABŞ Nümayəndələr Palatasının İllinoys ştatından keçmiş üzvü Adam Kinzinger isə bildirib ki, rus bombardmançıların vurulması tamamilə qanunidir və müharibə şəraitində gözləniləndir:

“Rusiyanın cavabı mülki şəxslərə qarşı olacaq və müharibə cinayəti sayılacaq. Amma bu, Rusiyadır. Ukrayna və Suriyada xəstəxanaları bombalayırlar. Onlar terror dövlətidir”.

Tarix
2025.06.02 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla