Yuxarı

Rusiyadan Ukraynaya: Bu ərazilərdə atəşkəs olsun, çünki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ukraynaya: Bu ərazilərdə atəşkəs olsun, çünki...

Rusiya Ukrayna tərəfinə cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna ilə danışıqların ikinci raundundan sonra deyib.

“Biz cəbhənin müəyyən ərazilərində iki-üç günlük konkret atəşkəs təklif etdik. Komandirlər öz əsgərlərinin cəsədlərini götürə bilsinlər", - Medinski əlavə edib.

O, meyitlərin toplanmasının havaların isti keçməsi ilə əlaqədar olduğunu bildirib:

"İndi istidir, sanitar vəziyyət boz zonadadır, epidemiya təhlükəsi var. Biz fürsət yaratmaq istəyirik, xüsusən də Rusiya ordusu irəlilədiyi üçün onların əsgərləri bu boz zonadadır.

Ukrayna hərbçiləri bunun üzərində mümkün qədər tez çalışacaqlarına söz verib. Ümid edirəm ki, onlar bu məsələdə razılığa gələcəklər”.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu baş tutub.

Tarix
2025.06.02 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla