4509-ci ildə insanlar Tanrıyla ünsiyyətə keçə
biləcək
Hamının kor Vanqa kimi tanıdığı məşhur Vanqa nənənin
ölməsinin üstündən 14 il keçməsinə baxmayaraq, hələ də onun gələcək
üçün verdiyi proqnozlar gerçəkləşmək üzrədir. Sizə
Vanqanın dediyi şokedici proqnozları təqdim
edirik.
2014-cü ildə baş verəcək müharibədən sonra dünya əhalisinin
yarısı dəri xərçəngindən əzab çəkəcək. Buna səbəb isə döyüşdə nüvə
silahından istifadə etmək olacaq.
***
Vanqanın proqnozuna görə, 2016-cı ildə Avropa əhalisi tükənmə
nöqtəsinə gələcək. Və demək olar ki, 2025-ci ildə Avropada çox az
sayda insan yaşayacaq.
***
Vanqanın məlumatları sırasında ən maraqlısı isə odur ki, o
2018-ci ildə dünyanın yeni super gücünün Çin Respublikası olacağını
deyib.
***
Vanqanın dediyi ilginc iddialar sırasında Yer kürəsi və əhalisi
haqqında da kifayət qədər informasiyalar var. O, bildirib ki,
2023-cü ildə dünyanın orbitində naməlum dəyişiklik olacaq.
***
2028-ci ildə yeni bir enerji növü inkişaf etdiriləcək. Bu enerji
növünün sayəsində yavaş-yavaş aclıq hissi hiss olunmaz hala
gələcək.
***
2033-cü ildə Qütbdəki buzlaqlar əridikcə yer kürəsinin su
səviyyəsi artacaq. Buzlaqlarla mübarizə dünya iqtisadiyyatına böyük
zərbələr vuracaq. Amma buna baxmayaraq, 2043-cü ildə dünya
iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropanın
hakimi olacaqlar.
***
2046-cı ildə yeni bədən orqanlarının istehsalına maliyyə
ayrılacaq. İnsan orqanları çoxaldıla biləcək. Xəstələnən orqanın
yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə
müalicə üsulu olacaq.
***
2066-cı ildə ABŞ müsəlmanlarının idarəsi altında Romaya qarşı
iqlim dəyişdirən bir silah istifadə ediləcək. Bunun nəticəsində
istilikdə ani bir eniş yaşanacaq.
***
2088-ci ildə insanların saniyələr ərzində yaşlanmasına səbəb
olan yeni bir xəstəlik yaranacaq. Çox keçməyəcək ki, 2097-ci ildə
yaşlanma xəstəliyi müalicə ediləcək.
***
2100-ci ildə insan istehsalı olan süni günəş yaradılacaq. Bu
hadisədən 11 il sonra isə insanlar androidə bənzər robotlara
çevriləcək.
***
2123-ci ildə böyük ölkələr kiçik ölkələr arasında gedən
döyüşlərin əlində aciz qalacaq.
***
12 yaşında qeyri-adi istedada sahib olan Vanqa dünyada baş
verəcək hadisələri sıralayarkən qeyri-adi, maraqlı iddialar
səsləndirib. "Axar.az"ın xarici mediaya istinadən verdiyi xəbərdə
bildirilir ki, kor olmasına baxmayaraq, çox şeyi görə bilən Vanqa
2130-cu ildə dünya əhalisi ilə yadplanetlilərin əməkdaşlıq
edəcəyini iddia edib. Bu iki növ məxluqlar arasında olan iş
birliyindən sonra su altında mədəniyyətlər qurulacaq. 2288-ci ildə
isə yadplanetlilərlə çox sıx əlaqələr yaranacaq.
***
2164-cü ildə heyvanlarda insanlaşma xüsusiyyətləri meydana
gələcək.
***
2196-cı isə ildə Asiya və Avropa irqləri arasında fərqi müəyyən
etmək olmayacaq. İrqlər tamamilə bir-birinə qarışacaq. 2273-cü ildə
ağ, qara və sarı irqlərin birləşməsindən yeni cins insan növü
yaranacaq.
***
2221-ci ildə dünya əhalisi xarici həyat axtarışında olarkən
insanlar qorxunc, naməlum bir şeylə qarşılaşacaqlar.
***
2302-ci ildə kainatın əhəmiyyətli, əsas olan bütün qanunları və
sirləri ortaya çıxacaq.
***
2371-ci ildə bütün dünyada aclıq baş verəcək. Bu gedişlə 2378-ci
ildə çox sürətlə böyüyən yeni bir nəsil ortaya çıxacaq.
***
3010-cu ildə Aya bir kometa çarpacaq. Dünyanın ətrafı daş, toz
və küllə örtüləcək.
***
3803-ci ildə Yeni bir planetdə yavaş-yavaş əhali artacaq.
İnsanlar arası ünsiyyət azalacaq. Yeni planetin iqlimi insanların
orqanizmlərini dəyişdirəcək, insanlar mutasiyaya uğrayacaq.
***
3854-ci ildə insanlar sürü halındakı heyvanlar kimi yaşamağa
başlayacaqlar.
***
4308-ci ildə insanların beynində pislik və nifrət kimi hisslər
qalmayacaq.
***
Vanqanın iddialarından ən şokedicisi isə odur ki, o, 4509-ci
ildə insanların Tanrıyla ünsiyyətə keçə biləcəyini və 4599-cu ildə
insanların ölümsüzləşəcəyini iddia edib.
***
4674-cü ildə yadplanetlilərlə insanlar bir-birinə bənzəməyə
başlayacaq. Və ən son olaraq isə 5079-cu ildə dünyanın sonu
gələcək.