Yuxarı

Paşinyanın məşhur postu barədə araşdırma başlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın məşhur postu barədə araşdırma başlandı

Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin Baş naziri Nikol Paşinyanın din xadimləri haqda nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.

Axar.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan məlumat verib.

“Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, - o qeyd edib.

Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.

Onun sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.

Qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan kilsə nümayəndəsinin dayısının arvadı ilə gizli eşq yaşamaqda ittiham edərək, senzuradankənar ifadələrlə təhqir etmişdi.

Tarix
2025.06.06 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla