Yuxarı

Tramp Rusiya ilə bağlı niyə Çinə təzyiq göstərmir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rusiya ilə bağlı niyə Çinə təzyiq göstərmir?

ABŞ Prezidenti Donald Tramp Çinə Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi dayandırması üçün təzyiq etməkdən çəkinir, diqqətini geosiyasi rəqibi ilə bağlı digər məsələlərə yönəldir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məsələ ilə tanış olan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hələlik Tramp administrasiyası Çinlə ikitərəfli məsələlərə fokuslanıb. Rəsmilərin fikrincə, Ukraynadakı müharibə ABŞ üçün getdikcə daha az prioritet məsələyə çevrilir. Bununla belə, onlar Vaşinqtonun hələ də mövqeyini dəyişə biləcəyini vurğulayıblar.

Agentlik bildirib ki, ABŞ-ın bu yanaşması Çini Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin əsas amili hesab edən G7 ölkələrinin çoxdankı mövqeyindən uzaqlaşdığını göstərir. Mart ayında G7 ölkələrinin xarici işlər nazirləri Pekini Moskvanı dəstəklədiyinə görə açıq şəkildə qınayıblar.

Üstəlik, Tramp iyunun 5-də Çin lideri Si Szinpinlə telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə etmədiyini bildirib.

Agentlik hesab edir ki, bu ay Kanadada keçiriləcək G7 liderlərinin görüşündə məsələ qaldırıla bilər. Bununla belə, kiminsə Tramp administrasiyasını Çinlə bağlı bəyanat qəbul etməyə sövq edib-etməyəcəyi bəlli deyil.

Bir rəsmi bildirib ki, Tramp keçmiş prezident Co Baydenin digər hökumətlərlə bütün münasibətlərə Ukraynadakı müharibənin obyektivindən baxan xarici siyasət yanaşmasından uzaqlaşmaq istəyir. O əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Çinlə tariflər, texnologiya məhdudiyyətləri və minerallara diqqət yetirmək istəyir.

Tarix
2025.06.07 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

Azərbaycanla sərhəddə 2200 ev boşaldılıb - Aleksanyan

İsrail xarici işlər naziri Milli Məclisdə

BSQ cavablarının öncədən yayılması barədə rəsmi açıqlama

Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla