Yuxarı

Baqdasaryandan II Qareginə: Kilsədən rədd ol!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baqdasaryandan II Qareginə: Kilsədən rədd ol!

Bu adamda ən iyrənc şey bilirsinizmi nədir? Xalqın ona necə nifrət etdiyini bilə-bilə 25 ildir ki, Rusiya FTX-nin göstərişi ilə katolikos rolunu oynamağa davam edir.

Axar.az xəbər verir ki, bunu tanınmış erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində erməni katolikosu II Qareginin şəklini paylaşaraq yazıb.

“Bu bir canavardır, katolikos deyil! Söhbət Paşinyanın bu cinayətkar haqqında söylədiyi sözlərdən getmir! Söhbət onun özündən gedir! Qoy hər kəs özünə sual versin: Bütün xalq sizə nifrət edirsə, “bütün ermənilərin” katolikosu olmağa davam edəcəksiniz? Varlığınızla ölkədə gərginlik yaradıb, cinsi qalmaqallarla xalqınızı rüsvay edəcəksiniz? Siz cavabı bilirsiniz və indi nəticəyə gələ bilərsiniz, qarşımızda katolikos qiyafəsində şeytan var. Kilsədən rədd ol!” - o bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan II Qareginin subaylıq andını pozduğunu, övladı olduğunu bildirib və onun katolikos olmağa haqqı çatmadığını elan edib. Bunun ardınca kilsə-hökumət qarşıdurması daha da qızışıb.

Tarix
2025.06.10 / 11:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla