Yuxarı

Axar.Az Logo carnation

Qratsdakı silahlı insidentlə bağlı yeni təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qratsdakı silahlı insidentlə bağlı yeni təfərrüat

Avstriyanın Qrats şəhərində baş vermiş silahlı insidentlə bağlı yeni təfərrüat məlum olub.

Axar.az xəbər verir ki, 21 yaşlı Artur A. vaxtilə oxuduğu məktəbdə iki il sinifdə qalıb və təhsili yarımçıq saxlamalı olub. Məşğulluq idarəsində işsiz kimi qeydiyyatda olan gənc şəhərin kənar rayonlarından birində anası ilə bir mənzildə yaşayıb. Onun Ermənistandan olan atası illər əvvəl avstriyalı anasından boşanıb və başqa yerdə yaşayır.

Qatil vida məktubu qoysa da, həmin məktubda törətdiyi əməlin motivlərindən bəhs etməyib. Lakin onun hadisəni vaxtilə oxuduğu sinif otağında törətməsi məktəb dövründə yaşadıqlarına görə bir növ qisas alması ehtimalı yaradır.

Avstriya tarixinə ən ağır silahlı hücum kimi düşən bu hadisə ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Əsas tənqid hədəfində isə ölkədə odlu silah alma və saxlamaya dair qanunvericilik dayanır. Ölkədə rəsmi qeydiyyatla təxminən 300 min şəxsin ümumilikdə 1,5 milyon odlu silaha sahib olması ciddi problem hesab edilir. Xüsusilə də silah alışı üçün qaydaların sadəliyi narahatlıq doğurur. Məhz Artur A. da adi psixoloji arayış təqdim etməklə hər iki odlu silahı leqal şəkildə əldə edə bilib və həmin silahlardan hadisə zamanı 40-dan çox atəş açıb.

Qeyd edək ki, silahlı hücum nəticəsində 11 nəfər ölmüş, 28 nəfər yaralanmışdı.

Tarix
2025.06.11 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

Azərbaycan və Ermənistan bunu nümayiş etdirməlidir...

Müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq - Prezident

İlham Əliyev Davosda bu iclasda iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla