Yuxarı

Avstriyada məktəbdə atışma: 11 ölü, 28 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriyada məktəbdə atışma: 11 ölü, 28 yaralı - Video

14:15

Avstriyanın Qrats şəhərində məktəbdə atışma nəticəsində 8 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.

Məlumata görə, naməlum silahlı şəxs səhər saat 10 radələrində BORG federal məktəbinin binasında atəş açıb:

“İlkin məlumata görə, azı 8 nəfər həlak olub. Atəş açan şəxs həmin məktəbin şagirdi olub. Sonda o, intihar edib. Bir neçə şagird və müəllim ağır yaralanıb. Hadisə yerində çoxlu sayda polis əməkdaşı cəlb olunub. Şəhərə xüsusi təyinatlı “Kobra” bölməsi də daxil olub. İstintaq davam edir və atəş açan şəxsin motivləri ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb”.

***

Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə “AUF1” portalı yazıb.

***

Avstriyada məktəbdə baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.

Bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - məlumatda bildirilib.

Tarix
2025.06.10 / 14:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla